Türkiyəli məşhur müğənnidən Azərbaycana dəstək paylaşım -

Türkiyəli məşhur müğənni Alişan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 50 hərbi qulluqçumuzun şəhid olması ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, bu barədə müğənni iki milyondan artıq izləyicisi olan sosial media hesabında paylaşıb. O, paylaşımında qeyd edib:

"Ağıllanmırlar, ağıllanmayacaqlar. Sülhü və atəşkəsi fürsət bilib yenə hücum ediblər. Misliylə cavab verilir, veriləcəkdir. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan".

Qeyd edək ki, Alişanla yanaşı, Hadisə, Demet Akalın, Özcan Dəniz, Acun Ilıcalı, Ebru Gündəş və digər türkiyəli məşhurlar da öz dəstəyini nümayiş etdiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR