Maşınların qiyməti düşdü, amma...

Maşınların qiyməti düşdü, amma...
12:22 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Son günlər avtomobil bazarlarında satışa çıxarılan maşınların qiymətində ucuzlaşma müşahidə olunur. Lakin buna baxmayaraq, Zaqatala maşın bazarında avtomobil satışında durğunluq var.

"KANAL S" (Region TV) xəbər verir ki, Zaqatala və ətraf rayonlardan avtomobil almaq istəyənlərin üz tutduğu Əliabad həftəlik maşın bazarında ucuzlaşma müşahidə edilir.

Xüsusən də təkrar avtomobil satışında qiymətlər xeyli aşağı düşüb. Satıcıların sözlərinə görə, indi maşınların qiyməti ucuz olsa da alıcılıq qabiliyyəti çox aşağıdır. Bazara çıxarılan və sakinlərin almaq istədiyi maşınların əksəriyyətini isə  Rusiya istehsalı olan avtomobillər təşkil edir. Xaricdə istehsal olunan maşınlardan da əsasən təkrar satışa çıxarılanlara üstünlük verilir. Əhalinin ucuz avtomobillərə üstünlük verməsi isə Rusiya rublunun qiymətinin aşağı düşməsi ilə izah edilir. Belə ki, rublun qiymətinin aşağı düşməsi Rusiya ilə əlaqəli iş quran sakinlərin gəlirinə müəyyən dərəcədə təsir göstərib. Satıcıların sözlərinə görə, son bir ayda bazarda təqribən 2-3 avtomobil satılıb. Bu cür davam edərsə, avtomobillərin qiymətinin bir qədər də ucuzlaşacağı gözlənilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR