Şəhid Elnur təhsilini yarıda qoyaraq hərbi xidmətə yollanıbmış -

Erməni təxribatının qarşısını alarkən şəhid olan 71 hərbi qulluqçumuzdan biri də Məhərrəmov Elnur Nərbala oğludur.

Metbuat.az xəbər verir ki, Elnur 2001-ci ilin may ayının 18-də Göyçay Rayon Şəkər kəndində anadan olub. Elnurgil ailədə beş uşaq olublar.

O, qısa müddətdə hazırlıqlara gedərək 2018-ci ildə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinə daxil olub. Elnur iki il təhsil aldığı müddətdə həm işləyib, həm də oxuyub. O, Bakıda "Özsüt" restoranında çalışırmış. Lakin təhsil haqqını ödəyə bilmədiyi üçün 2021-ci ildə könüllü olaraq hərbi xidmətə yollanmağa qərar verib. Elnur düşünüb ki, qayıtdıqdan sonra təhsilinə davam edəcək. Təəssüf ki, onun bu arzusu reallaşmadı.

Elnur Ermənistanın təxribatının qarşısını alarkən Vətəni qorumaq üçün qəhərmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı. O, doğulduğu torpaqda dəfn edilib.

Allah rəhmət eləsin!

Gülər Seymurqızı


Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR