Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlandı

Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlandı
12:22 19 Yanvar 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü il ərzində narkotiklərlə bağlı aşkar olunmuş faktlar üzrə 2408 nəfər cinayət məsuliyyətinə cəlb olunub
APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin hesabatında qeyd olunub.

Cinayət məsuliyyətinə cəlb olunanlardan 1-i 18 yaşadək, 210-u 18-25 yaşadək, 351-i 26-29 yaşadək, 1846-sı 30 yaş və ondan yuxarı, 24-ü fəhlə, 8-i qulluqçu, 1-i nəqliyyat işçisi, 1-i ali məktəb tələbəsi, 2179-u işləməyənlər və oxumayanlar, 26-sı xarici ölkə vətəndaşları, o cümlədən 5-i MDB vətəndaşı, 57-si qadınlar, 2349-u kişilər, 752-si əvvəllər məhkum olunanlar, 24-ü isə əvvəllər qeydiyyatda olanlardır.

Bunlarla yanaşı, 96 nəfər inzibati qaydada məsuliyyətə cəlb edilib. Onlardan 57-si həbs, 34-ü cərimə olunub və 6-sına xəbərdarlıq edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR