““Qarabağ”a məğlubiyyətdən sonra futbolçularda qəzəb var” -

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare Liqa 1-in 8-ci turu çərçivəsində “Lans”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Metbuat.az xəbər verir ki, 59 yaşlı mütəxəssis ötən gün baş tutan mətbuat konfransında Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a 0:3 hesabıyla uduzduqları görüşü analiz etdiklərini bildirib:

“Qarabağ”la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik. Artıq bütün diqqətimizi “Lans”la qarşılaşmaya yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var”.

Fransalı baş məşqçi Fabionun zədə səbəbindən meydana çıxmayacağını söyləyib.

Bu gün keçiriləcək “Nant” - “Lans” matçına Bakı vaxtı ilə saat 19:05-də start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR