961 yeni iş yeri vakansiya bankına əlavə edilib

Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən yeni layihəyə start verilib.

Metbuat.az xəbər verir ki, məqsəd vakansiyalara əlçatanlığı təmin etmək və işəgötürənlərə vakansiya bankı barədə ətraflı məlumatları çatdırmaqdır.

Belə ki, şəhərin xəritəsi əsasında ictimai iaşə obyektləri seçilib və filialın əməkdaşları tərəfindən 155 işəgötürənlə görüş keçirilib.

İşəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, həyəta keçirilən aktiv məşğulluq tədbirləri, işəgötürənlər üçün dəstək mexanizmləri və vakansiya bankının tələbləri barədə məlumat verilib.

Görüşlərin nəticəsi olaraq Gəncə şəhəri üzrə 961 yeni iş yeri vakansiya bankına əlavə edilib, işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlinib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR