Çavuşoğlu Blinkenlə görüşdü

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hər iki dövlətin diplomatı görüşöncəsi mediaya açıqlamalar veriblər.

Çavuşoğlu görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Ermənistan və Suriya başda olmaqla ikili və regional məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Blinken isə Türkiyə və ABŞ-ın NATO müttəfiqi olduğunu və bir çox çətinliklərin öhdəsindən gəlmək üçün birgə çalışdıqlarını bildirərək, xüsusilə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklərini vurğulayıb.

Açıqlamalardan sonra mətbuat üçün qapalı keçirilən 30 dəqiqəlik görüş baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR