Azərbaycanda 1 ailənin 5 üzvü qəzaya düşdü -

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşınının sürücüsü təmir aparılan yolla hərəkət etdiyindən qarşısına qəfil maneə çıxıb.

Nəticədə sürücü avtomobili saxlaya bilməyib və yol kənarına tökülən çınqıl daş yığınına çırpılıb.

Qəza zamanı 1 ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alan sürücü Nəriman Abbasovla yanaşı digər dörd nəfərin adı aşağıdakı kimidir:

Ruqiyə Abbasova (1977) ;

Xuraman Abbasova (2000) ;

Aytac Abbasova (2002) ;

Elmira Abbasova (2014).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR