Ərdoğan FİFA-nın hədiyyə etdiyi topa başla zərbə endirdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantino ilə görüşüb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

İnfantino görüş zamanı Türkiyə liderinə üzərində Ərdoğanın adı yazılan və yalnız bir ədəd istehsal edilən topu hədiyyə edib. Onun "Yalnız sizin üçündür", - deyə təqdim etdiyi topa Ərdoğan başı ilə zərbə vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR