Rusiyada səfərbərliyə çağırılanlarla bağlı VACİB QƏRAR -

"Rusiya Federasiyasının səfərbərliyə çağrılan vətəndaşları ölkəni tərk edə bilməyəcəklər"

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu açıqlamanı polkovnik Vladimir Boqoduxov bildirib. Onun sözlərinə görə, səfərbərliyə çağırılan vətəndaşlar gömrük nəzarətindən keçə bilməyəcəklər. Polkovnik deyib ki, bu şəxslər sərhəddə yaxalandıqları təqdirdə həbs olunmasalar da, onlara vəziyyətin ciddliyi izah ediləcəkdir. Bundan əlavə, 35 yaşdan kiçik hərbi təhsili olan şəxslərin də xüsusi icazə olmadan ölkəni tərk etməsinə icazə verilməyəcək.

Məlumat üçün bildirək ki, Rusiya prezidenti Vladimir Putin televiziya ilə çıxışı zamanı ölkədə qismən səfərbərliyin tətbiq olunduğunu açıqlamışdı. Bildirilib ki, ehtiyatda olan və hərbi təcrübəsi olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılırlar.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR