“Anonymous”dan İran xalqının etirazlarına dəstək:

İranın dövlət saytlarına haker hücumu olub. “Anonymous” haker qrupu İran xalqının etirazlarına dəstək üçün dövlət saytlarına qarşı kiberəməliyyatlara başladığını açıqlayıb.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

“Biz burada sizinləyik. İrana qarşı əməliyyat başladı. Bizi gözləyin”, - deyə haker qrupunun üzvlərindən biri sentyabrın 20-də tviter mesajında etirazçılara xitabən bildirib.

Bundan bir neçə saat sonra İran dövlətinin rəsmi internet saytı və hökumət sözçüsünün informasiya saytı sıradan çıxıb və “Anonymous” bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. “Anonymous” haker qrupunun üzvü hökumət saytının bütün məlumat bazasının silindiyini açıqlayıb və “Biz sizi bağışlamayacağıq” mesajı buraxıb.

Sözügedən qrup habelə İranın ən böyük dövlət mediasına kiberhücum həyata keçirdiyini açıqlayıb, lakin daha ətraflı məlumat verməyib.

Bir müddət sonra hökumət sözçüsünün informasiya saytının ön səhifəsi bərpa olunsa da, onun bir çox hissələrinə giriş bağlanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR