Rusiyanın hərbi bazasını partlatdılar

Luqanskda şiddətli partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Məlumata görə, partlayış Rusiya ordusuna məxsus hərbi bazada olub. Fəsadlar barədə məlumat yoxdur. Yerli mənbələr yazır ki, partlayışın səsi bir neçə kilometr məsafədən eşidilib. Hadisənin Ukrayna kəşfiyyatçıları tərəfindən təşkil edildiyi istisna edilmir.

Qeyd edir ki, Rusiyanın Luqanskda, Xersonda və Donetskdə qurduğu dairələr Rusiyaya birləşmək üçün referendum keçirəcəyini elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR