Müğənni Aysun İsmayılova həyat yoldaşından ayrılıb? - FOTO

Bir neçə həftədir həyat yoldaşı Eşqin Cəlilovla ayrıldığı iddia edilən müğənni Aysun İsmayılova müzakirələrə səbəb olan paylaşımı ilə gündəmə səs salıb.

Metbuat.az bizim media-ya istinadən xəbər verir ki,sənətçi sosial şəbəkə hesabında ayrılıqla bağlı türk dilində şeirdən ibarət post paylaşıb.

"Kitabın sonu belə bitirdi: O ilk gördüyü, tanıdığı, güvəndiyi, sevdiyi insan deyildi artıq! Sevən yanılmış, sevilən yad olmuşdu", - deyə Aysun yazıb.

Qeyd edək ki, Aysun Eşqin cütlüyü bir neçə gün əvvəl "Instagram"da bir-birini izləmədən çıxarıb və müğənni əri ilə birgə çəkilən fotoları səhifəsindən silib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR