Keçmiş nazir rüşvət aldığına görə edam ediləcək -

Çinin keçmiş ədliyyə naziri Fu Çinghua barəsində edam qərarı verilib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, keçmiş nazir rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilib. Məlumata görə, keçmiş nazir özü və qohumlarının vasitəsi ilə 14,9 milyon dollar rüşvət alıb. Keçmiş ədliyyə naziri səlahiyyətlərindən istifadə edərək məmurların təyin edilməsinə maddi maraq qarşılığında müdaxilə edib. Keçmiş nazir ittihamları qəbul edib.

O, iki il möhlətlə ölüm cəzasına məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR