Daha bir ukraynalı qapıçı Azərbaycana gələ bilər

Daha bir ukraynalı qapıçı Azərbaycana gələ bilər
12:22 19 Yanvar 2015
123 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin yeni transferi Dmitri Bezotosnıdan sonra daha bir ukraynalı qapıçı karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, söhbət “Volın”ın sabiq qolkiperi Sergey Litovçenkodan gedir.
 
Lutsk klubu ilə yenicə yollarını ayıran və hazırda azad agent statusu daşıyan 28 yaşlı qapıçı Ukrayna mətbuatına açıqlamasında təklif aldığı ölkələr arasında Azərbaycanın da olduğunu bildirib: “Düzdü, karyeramı Ukrayna Premyer Liqasında davam etdirmək istəyirəm. Amma hazırda Azərbaycanın bir klubu ilə də danışıqlar davam edir. Həmçinin Avropa variantı da var”.
 
Qeyd edək ki, Sergey Lutovçenko bu mövsüm cəmi bir matçda çıxış edib. O, Ukrayna Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Dnepr”lə (0:4) qarşılaşmada çərçivəni qoruyub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR