Vanqanın 2023-cü il üçün qorxunc proqnozu: Nüvə fəlakəti, minlərlə insan ölümü...

Korluğuna görə "kor kahin" adlandırılan məşhur öngörücü Vanqanın 2023-cü il üçün verdiyi proqnozlar yenə gündəmi silkələyib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, o, Yerin orbitində dəyişiklik yaşanacağını deyib. Lakin bununla bağlı hər hansı təfərrüat verilməyib. Baş verən təbii prosesin dağıdıcı nəticələrə səbəb ola biləcəyi qeyd edilib.

Vanqanın dediklərini araşdıran alimlər deyirlər ki, burada Yerin Günəşə bir az yaxınlaşması da nəzərdə tutula bilər. Nəticə isə artan radiasiya və temperaturun dünyada yaratdığı fəlakət olacaq. Həmçinin buzlaqların sürətlə əriməsinə, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olacaq və dəyişikliklərlə mübarizə aparmaq üçün qlobal fövqəladə vəziyyət yaranacaq. Əks halda isə dünya saatlarla qaranlıq olan buz dövrünə girəcək və Yerdəki həyat üçün çox fərqli fəlakətli təsirlərə səbəb olacaq.

Öngörücünün proqnozuna görə, Yerdə indiyədək heç vaxt görülməmiş miqyasda nəhəng Günəş fırtınası olacaq.

Vanqanın digər bir proqnozu isə bir "böyük ölkə"nin bioloji silahlarla insanlar üzərində araşdırması ilə bağlıdır. O bildirib ki, bu da minlərlə insanın ölümünə səbəb ola bilər.

Bundan əlavə, dünyada təbii doğumun sayı daha da azalacaq. Valideynlər uşaqların göz və saç rənginə qədər seçimlər edə biləcəklər.

Verilən proqnozlar içərisində ən çox qorxu yaradan isə nüvə fəlaqəsi ilə bağlıdır. Vanqa atom elektrik stansiyasında baş verə biləcək partlayışla bağlı xəbərdarlıq edib. Hazırda Rusiya və Ukrayna arasında gedən müharibə zamanı ortaya atılan bu proqnoz çoxlarının düşündürür. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün hər cür silahdan istifadə edəcəyini deməsindən sonra dünyada nüvə müharibəsi qorxusu artıb.

1979-cu ildə yazıçı Valentin Sidorovla müsahibəsində Vanqa bunları deyib: "Hər şey buz kimi əriyəcək, yalnız birinə toxunmayacaq. Putin və Rusiyanın şöhrəti. Çox insan qurban veriləcək. Rusiyanı heç kim dayandıra bilməz. Onun vasitəsilə hər şey yoldan uzaqlaşdırılacaq və o, nəinki tutulacaq, həm də dünyanın ağası olacaq".

Qeyd edək ki, 12 yaşında görmə qabiliyyətini itirən Vanqanın Çernobıl fəlakəti, Şahzadə Diananın ölümü, Sovet İttifaqının parçalanmasını, 11 sentyabr hadisələrini proqnozlaşdırdığı iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR