İranda vəziyyət nəzarətdən çıxıb: Çox sayda ölü və yaralı var -

İranda 22 yaşlı Məhza Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.

Metbuat.az Röyters agentliyinə istinadən xəbər verir ki, nümayişlər nəzarətdən çıxıb. Etirazçılar müxtəlif şəhərlərdə polis məntəqələrinə hücum ediblər. Polis məntəqələrinə od vurulub. Təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edilir. Hökumət etirazçılar arasında təşkilatlanmanı dayandırmaq üçün interneti dayandırıb. Azı 10 nəfərin öldüyü bildirilir. Yüzlərlə yaralı var.

Qeyd edək ki, əxlaq polisi 22 yaşlı Məhza Əminini “örtmə qaydaları”nı pozduğuna görə nəzarətə götürüb. Qadın nəzarətdə olan zaman ölüb. İddialara görə, polis qadına güc tətbiq edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR