"Uçan boşqablar": Onların mövcudluğu barədə rəsmi məlumatlar daha inandırıcı görünmür

"Uçan boşqablar": Onların mövcudluğu barədə rəsmi məlumatlar daha inandırıcı görünmür
12:23 19 Yanvar 2015
334 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

"Mavi kitab" layihəsi 1947-1969-cu illər arasındakı dövrdə uçan naməlum obyektlər (UNO) haqqında məlumatların toplusudur. İnternetdə ABŞ Hərbi Hava Qüvvələrinin uçan obyektlər haqqındakı məlumatlarını özündə birləşdirən "Mavi kitab" layihəsi çərçivəsində 12 mindən artıq məruzə dərc edilib. Trend xəbər verir ki, bu barədə “La Stampa” qəzetində dərc olunan məqalədə deyilir.

Söhbət 1947-1969-cu illər arasındakı dövrdə UNO-lar haqqındakı müşahidələrdən gedir.

Məqalə müəllifi yazır: “Demək olar ki, özünü qəribə aparan naməlum obyekt gördüyünü təsdiqləyən hər bir kəs sorğuya məruz qalıb. ABŞ HHQ-nin məlumatına görə, müşahidələrin əksəriyyətinin yadplanetli sivilizasiyalarla və ya naməlum texnologiyalarla heç bir əlaqəsi yoxdur. Ötən əsrin 50-60-cı illərində, yəni “soyuq müharibə”nin ən qaynar vaxtında Hollivudun yaratdığı filmlərdə çox vaxt dost əhval-ruhiyyədə olmayan adamların yerləşdirildiyi UNO əksər hallarda ABŞ-ı hədələyən Sovetlər ölkəsinin simvolu olurdu. Bəzi mülahizələrə görə, buradan da kütləvi psixoz yaranırdı: hər yerdə yadplanetlilərin kosmik gəmiləri gözə görünürdü”.

Məqalədə deyilir ki, lakin 701 müşahidə, yəni onların 5,5 faizi inandırıcı izahını tapmayıb.

Onların arasında “uçan boşqab” ifadəsinin məxsus olduğu Kennet Arnoldun danışdığı əhvalat da var. O, 1947-ci il iyunun 24-də böyük sürətlə Rainier dağlarına tərəf istiqamət götürmüş 9 UNO-dan ibarət qrup görüb.

Lakin qəribədir ki, internetdə yerləşdirilən fayllar arasında 1947-ci ilin iyulunda Nyu-Meksikoda yadplanetlilərlə bağlı qeydə alınan ən ziddiyyətli hadisə hesab edilən Rozuell insidentinin heç izi-tozu da yoxdur. Müəllif yazır ki, təkcə bu fakt ufoloqların artıq rəsmi mənbələrə etibar etməməyə inandırması üçün kifayətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR