İranda aksiyalar zamanı ölənlərin sayı açıqlandı -

İranda 22 yaşlı Məhza Əmininin ölümündən sonra başlayan etirazlar aksiyaları nəticəsində 26 nəfərin öldüyü bildirilir. Onların arasında polislər də var.

Metbuat.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bildirilir ki, İranın rəsmi dairələri itkilərlə bağlı rəqəmləri hələlik təsdiq etməyib. Bəzi sosial media hesablarında isə ölənlərin sayının daha çox olduğu bildirilir. Minlərlə yaralı var. Məlumata görə, aksiyaların mərkəzi Tehran və İsfahan şəhərləridir. Çox sayda nümayişçi polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, əxlaq polisi 22 yaşlı Məhza Əminini “örtük qaydaları”nı pozduğuna görə nəzarətə götürüb. Qadın nəzarətdə olan zaman ölüb. İddialara görə, polis qadına güc tətbiq edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR