"​İran Ermənistana PUA verə bilər" -

"İranın Rusiyaya verdiyi kamikadze dronlar və PUA -lar Ukraynada Rusiyanın hərbi üstünlük qazanmasına gətirib çıxarmasa da, Ukrayna üçün itkiləri çoxaldacaq. Xüsusilə, İranın burada işğalçı bir ölkəni dəstəkləməsi, beynəlxalq birliyə qarşı gəlmək kimi düşünülə bilər".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, əgər Ukrayna bu məsələni beynəlxalq birliyin nəzərəninə çatdırmağa nail olarsa, başda ABŞ olmaqla Tehrana qarşı sanksiyaları genişləndiriləcəkdir. ABŞ İranla nüvə sazişi bağlamayıb, İran daxilində etirazlara dəstə verə bilər.

"İran hərbi yardımı Rusiyaya edəcəyi təqdirdə, bu ölkənin nüvə obyektlərinə qarşı ABŞ-ın razılığı ilə İsrail hücum edə bilər. Hazırda Tehran Qərbə qarşı Rusiya ilə real bir cəbhədə yer alıb. Bu İran üçün ciddi fəsadlara yol açacaq. Həm Suriyada, həm də İraqda İranın hərbi bazalarına qarşı hücumlar təşkil ediləcək. Göründüyü kimi, İran Qərbə qarşı Yaxın Şərqdə, həmçinin Şərqi Avropada silahlı mübarizədə yer alıb".

Politoloq qeyd etdi ki, İran Cənubi Qafqazda işğalçı Ermənistanı dəstəkləyir. Azərbaycan əleyhinə Yerevanla koordinasiyalı fəaliyyət göstərir. Ekspert hesab edir ki, İran Ermənistana kamikadze dronlar və pilotsuz aparatlar verə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR