Bakıda tələbə qız faciəvi şəkildə

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbəsi ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Texniki Universitetinin II kurs magistr tələbəsi Sevgi Rəsulova ötən gün paytaxtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib:

"AzTU-nun rəhbərliyi və kollektivi Sevgi Rəsulovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir".

Allah rəhmət eləsin!

Qeyd edək ki, dünən də qəza nəticəsində Dövlət Gömrük Akademiyanın 2004-cü il təvəllüdlü II kurs tələbəsi Elvin Əzizli vəfat etmişdi.

Bir 1 nəfər, ayaqda, ağac və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR