Üç yaşlı uşaq evdə tapdığı tapança ilə anasını güllələdi

ABŞ-da Cənubi Karolinadan olan üç yaşlı uşaq evdə tapılan silahla anasını güllələyərək öldürüb.

Metbuat.az xəbər verir ki, bu barədə "True Crime Daily" məlumat yayıb. Məlumatda bildirilir ki, atışmanın qurbanı olan 33 yaşlı Kora Lin Buş təcili xəstəxanaya çatdırılsa da qadın iki saatdan sonra orada ölüb. Daha sonra oğlanın nənəsinin ifadəsinə əsasən məlum olub ki, azyaşlı uşaq odlu silahı təsadüfən tapıb və ehtiyatsızlıq edərək anasını vurub.

Qeyd edək ki, 2021-ci ilin dekabrında ABŞ-ın Corciya ştatında bir yaşlı uşağın atasını güllələmişdi. Hadisə zamanı, 25 yaşlı gənc xəstəxanaya çatdırsa da, həkimlər onu xilas edə bilməmişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR