"Synergy Group" yeni sənaye layihələri üzərində işləyir

"Synergy Group" yeni sənaye layihələri üzərində işləyir
13:03 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

"Synergy Group" sənaye sektorunda yeni layihələr üzərində işləyir. Qrupun İdarə heyətinin sədri Kamran Abbasovun sözlərinə görə, hazırda "Synergy Group"un mütəxəssisləri Azərbaycanın sənaye sektorunun perspektiv layihələr baxımından təhlilini həyata keçirirlər. Qrupun strateji prioriteti olan sənaye sektorunun böyük biznes potensialı vardır. Bir çox seqmentlər yatırımlar baxımından olduqca cəlbedicidir. K.Abbasov qeyd etdi ki, növbəti illərdə "Synergy Group" sənaye portfelinin genişləndirməkdə maraqlıdır.

Hazırda Qrupun sənaye sektorunda ən iri layihəsi "sıfır tullantılı" texnologiyaya əsaslanan və yüksək ekoloji standartlara cavab verən "Azerbaijan Fibro Cement" zavodunun inşasıdır. Müəssisədə müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr, döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal ediləcəkdir. Fibro sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və rütubət keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. AFC-nin təklif etdiyi məhsul Azərbaycanın inşaat bazarında bir neçə suala innovativ həll təqdim edəcəkdir. Tikinti materialları sənayesində yeni dövr açan "Azerbaijan Fibro Cement" zavodunun 2016-cı ildə fəaliyyətə başlaması gözlənilir.

Qeyd edək ki, "Synergy Group" 2010-cu ildə təsis edilmiş investisiya holdinqidir. Əsas fəaliyyətimiz perspektivli layihələr əsasında şirkətlər təsis etməklə və ya fəaliyyətdə olanları əldə etməklə, maksimal effektiv idarəetməni təmin edərək yüksək gəlirli biznes vahidlərinə çevirməkdir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. 28-dən çox şirkət daxil olan Qrupun 1500-ə yaxın əməkdaşı vardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR