60 nəfər Vüsalənin toruna belə düşdü: 1 aya 500 manat... -

Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub.

Metbuat.az “Unikal.az”a istinadən xəbər verir ki, Qasımova Vüsalə Rizvan qızı “TikTok” sosial şəbəkəsində insanlara lotereya oynamağı təklif edib.

O, bir aya 500 manat qazanc əldə edəcəkləri vədini verərək həmin şəxslərin hər birindən 200 manat alıb, vəd etdiyi pulu isə ödəməyib. Həmin qadının 60 nəfərə yaxın şəxsin pulunu aldıqdan sonra sosial şəbəkə hesablarını bağladığı, nömrəsini isə dəyişdiyi bildirilir.

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən qadınla bağlı araşdırmalara başlayıb.

Bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR