"Atam dedi ki, mənim o adda qızım yoxdur" -

"Atamı axtardım, amma məni istəmədi".

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova deyib. Rəqsanənin "Göz önündə" yutub layihəsində yer alan Aysun atasını görmək istəmədiyini söyləyib:

"Ondan atalıq görməmişəm. Yanımdan keçsə, tanımayacam. 12-14 yaşımda nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki hamı deyirdi, Yaşara oxşayırsan. Getdim, heç qabağıma çıxmadı. Əmim idi deyəsən, çıxdı dedi ki, səni görmək istəmir. Dedi ki, mənim o adda qızım yoxdur. Mənim də o adda atam yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR