Rusiyada məktəbdə atışma:

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi İjevskdə məktəbə hücum nəticəsində 6 nəfərin öldüyünü elan edib.

Metbuat.az xəbər verir ki, qeyd edilib ki, yaralıların sayı 20 nəfərdir:

"Şübhəlinin saxlanılması istiqamətində tədbirlər təşkil edilib. Polis atəş açan şəxsin meyitini tapıb. Məlumatlara görə, o, intihar edib. Hazırda onun əməlləri nəticəsində 6 nəfərin öldüyü, 20-yə yaxın insanın yaralandığı məlumdur. Məlumat dəqiqləşdirilir".


***

Rusiya Federasiyasının İjevsk şəhərində orta məktəbdə atışma olub.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, hadisə İjevskin 88 saylı orta məktəbində baş verib. Şagirdlər və müəllimlər məktəbdən təxliyə edilib.

İlkin məlumata görə, hadisə zamanı 7 nəfər ölüb. Onlardan dördü böyük, üçü isə uşaqdır. Səkkiz şagird isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR