"Hərbi yaşda olan rusların ölkədən çıxışına qadağa qoyulsun" -

Rusiya parlamentinin yuxarı palatasının senatoru Sergey Tsekov hərbi yaşda olan hər kəsin ölkədən çıxışına qadağa qoyulmasını zəruri hesab edib.

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, senator bildirib ki, yalnız tibbi səbəblərə görə və hərbi xidmətə yararsız olan şəxslərə xarici ölkələrə səfər etmək üçün icazə verilməlidir.

Bundan əvvəl Dumanın İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn demişdi ki, qismən səfərbər olan vətəndaşlar təkcə Silahlı Qüvvələrə deyil, həm də Milli Qvardiyaya göndərilə bilər. Hazırda ölkədə on minlərlə hərbi SOBR və OMON veteranı var. Xinşteyn bildirib ki, bu kateqoriyadan olan şəxslər üçün Rusiya Qvardiyasında qısamüddətli müqavilələr bağlamaq imkanları üzərində iş aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR