İjevskdə məktəbə silahlı hücum edən şəxsin kimliyi

İjevsk şəhərindəki 88 nömrəli məktəbə silahlı hücum edən şəxsin kimliyi bəlli olub.

Metbuat.az Rusiya mətbuatına istinadən verir ki, Rusiya İstintaq Komitəsi bildirib ki, İjevsk məktəbində atışma məktəbin məzunu Artem Kazantsev tərəfindən təşkil olunub.

Udmurt vilayətinin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, onun meyiti tapılıb. O, intihar edib.

"Hazırda polis əməkdaşları atəş açmağa başlayan şəxsin meyitini tapıblar. Mövcud məlumata görə, o, intihar edib", - mətbuat xidmətindən bildirilib.

Müstəntiqlər bildiriblər ki, həmin şəxs nasist simvolları olan qara köynək və maska geyinib. Cinayətkarın üzərində heç bir sənəd tapılmayıb.

Faktla bağlı cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR