ƏMDX bu il büdcəyə 55 milyon manat vəsait köçürüb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 55 milyon manat vəsait köçürüb.

Metbuat.az quruma istinadən xəbər verir ki, 8 aylıq ödənişin 38,2 milyon manatı özəlləşdirmə, 16,8 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 45 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb.

Ötən 7 ayda 2 847 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 686-sı qeyri-yaşayış, 2 261-i isə torpaq sahələrinə aid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR