Azərbaycanda problemli kreditlər azalıb

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 659,7 milyon manat təşkil edib.

Metbuat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, bu, avqustun 1-i ilə müqayisədə 0,4 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,3 %, son 1 ildə isə 27 % azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2 %, ötən il avustun sonuna isə 5,8% olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR