Bu il özəlləşdirmədən dövlət büdcəsinə daxil olan vəsait açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-avqust ayları ərzində 45 hərrac keçirib.

Dövlət Xidmətindən Metbuat.az-a verilən məlumata görə, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-avqust ayları ərzində hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib.

Bu ilin 8 ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR