Ukraynanın işğal edilmiş ərazilərindəki referendumların son tarixi

Rusiyanın tərkibinə daxil olmaq üçün Donbass, Zaporojye və Xersonda keçirilən referendumlar bu gün başa çatacaq.

Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, sentyabrın 27-si səsvermənin son günüdür və stasionar seçki məntəqələrində səsvermənin keçiriləcəyi yeganə gündür. Ötən dörd gün ərzində səslər sahə seçki komissiyası tərəfindən toplanıb.

Xerson vilayətinin seçki komissiyasının sədri Marina Zaxarova bildirib ki, “çoxlu sayda ölkələrə” dəvətlər göndərilib. Rusiya MSK referendumları izləmək üçün öz müşahidəçilərini göndərib. Dövlət Duması (parlamentin aşağı palatası) bildirib ki, bütün parlament fraksiyalarının üzvləri səsvermənin monitorinqində iştirak etmək üçün dəvət alacaqlar.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa televiziya ilə müraciətində bildirib ki, Rusiya Donbass və Zaporojye və Xerson vilayətlərinin sakinlərinin referendumlarda qəbul etdiyi qərarları dəstəkləyəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Newsweek"ə deyib ki, dörd region BMT Nizamnaməsinə uyğun olaraq öz müqəddəratını təyinetmə hüququndan istifadə etmək hüququna malikdir və Moskva onların seçiminə hörmətlə yanaşacaq.

Kiyev və Qərb dövlətləri isə referendumun nəticələrini tanımayacaqlarını bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR