Daxili işlər orqanlarının əməkdaşları şəhid ailələrini ziyarət edib -

Paytaxtın Xəzər rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları 27 sentyabr – Anım Günündə Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin ailələrini ziyarət ediblər.

Metbuat.az-a DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşlərdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğu, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilib.

Şəhid ailələrinin üzvləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını deyiblər. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR