İjevskdə məktəbə silahlı hücum edən şəxsin şizofreniya xəstəsi olduğu məlum olub.
Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın təhsil naziri Sergey Kravtsov bildirib.
Qeyd edib ki, atışma törədən Artyom Kazantsevdə əvvəllər şizofreniya diaqnozu qoyulub.
Xatırladaq ki, bazar ertəsi səhər İjevskdə 88 saylı məktəbdə atışma baş verib. Faciə nəticəsində 15 nəfər (4 böyük və 11 azyaşlı) həlak olub. Daha 24 nəfər, o cümlədən 22 uşaq yaralanıb. Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.