"Sağ olun ki, sərhədlərimizi açmadınız" -

"Anlayıram ki, həmvətənlərimizin müəyyən qismi əziyət çəkir, amma quru sərhədlər açılsaydı bunun ziyanı qazanılan gəlirdən qat-qat çox ola bilərdi. Ona görə saq olun ki, açmadınız".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın məşhur səyahətçisi, bloqçu Azər Qəribov öz feysbuk hesabında yazıb. O bildirib ki, bir vaxtlar özü də quru sərhədlərin bağlanmasını sərt tənqid edib. Lakin indi regionda baş verən hadisələrlə bağlı olaraq bu addımı alqışladığını qeyd edib:

"Bir səyahət blogeri kimi quru sərhədlərin bağlı qalması məni narahat edirdi, turizmin inkişafına zərbə kimi qiymətləndirirdim bunu və hətta Operativ Qərargaha iradlar da bildirirdim. Amma indi nəhayət ki, bunun əsl səbəbləri mənim üçün bəlli oldu. Əks təqdirə indi bizi həm canubdan, həm də şimaldan axın gözləyirdi və bu axının içində kimlər olacaqdı, bir Allah bilir. Anlayıram ki, həmvətənlərimizin müəyyən qismi əziyət çəkir, amma quru sərhədlər açılsaydı bunun ziyanı qazanılan gəlirdən qat-qat çox ola bilərdi. Ona görə saq olun ki, açmadınız..."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR