Azərbaycanda bankların faiz gəlirləri artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 270.9 milyon manat olub.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% çoxdur.

Belə ki, 2021-ci ilin yanvar-avqust ayları üzrə bankların xalis faiz gəlirləri 985.5 milyon manat təşkil etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR