"Barselona"nın müdafiəçisi zədələnib

İspaniyanın "Barselona" klubunun futbolçusu Hektor Bellerin zədələnib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın səhər məşqində 27 yaşlı müdafiəçinin sol ayağında problem aşkarlanıb.

Qeyd edək ki, Hektor Bellerin sentyabrın 1-də "Barselona" ilə müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR