Fatmayıda evdən 35 min manatlıq qızıl oğurlanıb

Abşeronunun Fatmayı kəndində evdən 35 000 dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən kənd sakini Cavidan Əliyarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR