Putin nüvə silahından istifadə edə bilər?

Ukrayna-Rusiya savaşı artıq 217-ci günündədir. Hər iki tərəf ciddi itkilər verib.

Rusiya Prezidenti Vladimir Putinin "Ərazilərimizə qarşı hər hansı təhdid olacağı təqdirdə, nüvə silahından istifadə edəcəyik" deməsi isə dünyada narahatlıq yaradıb.

Rəsmi Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından mümkün istifadə ilə bağlı dediklərini ciddi qəbul etdiyini açıqlayıb. Həmçinin Avropa İttifaqı və Birləşmiş Millətlət Təşkilatı nüvə silahından istifadənin dünya üçün fəalkətli olacağı ilə bağlı çağırışlar edib.

Putinin bu sözlərindən sonra da Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın Putinin nüvə silahı ilə zərbə endirməsinə imkan verməməli olduğunu deyib.

Bəs Putin dediyi kimi Ukraynada nüvə silahından istifadə edə bilər, yoxsa bu şantajdır?

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Robert Baer Rusiya prezidenti Vladimir Putinin hər gün nüvə silahından istifadə etməyə hər gün yaxınlaşdığını iddia edib.

Baer həmçinin bildirib ki, Ukraynadakı döyüş meydanındakı uğursuzluqlar və Rusiyadakı daxili təzyiqlər Putinə təsir etməyəcək:

"Çətin ki Rusiya prezidenti öz qoşunlarını çıxarsın və müharibənin dayandırılması ilə bağlı danışıqlar aparsın. O, güclü adamdır. Son 20 ildə özünü belə göstərib, müxalifətə boyun əymir. Çoxlu itkilər verməsinə, sıxışmasına baxmayaraq Ukrayna şəhərlərini bombalamağa davam edir. Mən onun baş əydiyini görmürəm".

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar. Həmçinin ölkədə qismən səfərbərlik edilib. Bu qərardan sonra ölkədə kütləvi etirazlar və vətəndaşların ölkəni tərk etməsi başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR