Efirə çıxan Sevdanın yeni görünüşü müzakirələrə səbəb oldu - VİDEO

ARB telekanlında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, bir müddət əvvəl Sevda adlı xanım proqrama müraciət edərək sevdiyi şəxsin övladına sahib çıxmadığını bildirmişdi. Uşaq nikahdankənar dünyaya gəldiyi üçün atası onu qəbul etməyib.

Bu dəfə isə Sevda uşağa görə aliment ala bilmədiyindən verilişə müraciət edib. Ekspertlər studiyaya gələn Sevdanı tanımaqda çətinlik çəkiblər.

Psixoloq Elmir Əkbər onu görən zaman çox təəccüblənib. Sevdanın başına bağladığı hicabı imic üçün etdiyini bildirib. Bundan sonra ikili arasında gərginlik yaşanıb. Qadın psixoloqa etiraz edərək "Sizə nə aidiyyatı var: Mən başımım açdım ya bağladım" sözlərini söyləyib.

Sevdanın hicabsız görüntüləri izləyici kütləsi böyük sosial platformalarda paylaşılaraq müzakirələrə səbəb olub. İstifadəçilərin böyük əksəriyyəti onu bu addımı atdığı üçün qınayaraq tənqid edib.

Ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR