2020-ci ilin oktyabrın 11-də Gəncə terroru zamanı sifəti qan içində olan 6 yaşlı balaca Bəxtiyarın təbəssümü olan görüntülər gündəm oldu. Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.
Metbuat.az xəbər verir ki, həmin Bəxtiyar ATV-nin “Bizimləsən” proqramına qonaq olub.
Özündən danışan 6 yaşlı balaca qəhrəman Polad Həşimova bənzədildiyini və bununla fəxr etdiyini bildirib:
“Salam. Mən Bəxtiyaram. Tanıdınız məni? Ermənilər Gəncəni raket atəşinə tutan zaman evimiz də dağıldı. Firavan həyatımız kabusa döndü. O anları yada salmaq çox çətin idi. Çox dəhşətli anlar yaşadıq. Həmin anlar bir kino lenti kimi beynimdə canlanır. Prezidentimizin göstərişi ilə bizə yeni ev verildi. Təzə evimizin ən yaxşı yerində asılan bir şəkil var idi. O şəkildə anamın qucağındayam. Yaralanmış, üz-gözüm qan içində. Amma gözlərim qürurla baxır. Çünki qorxmurdum, mən şərəfli xalqın, Bəxtiyar oğluyam. Məni Polad Həşimova bənzədirlər və mən bununla fəxr edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Həmin görüntüləri təqdim edirik: