Yarasalar yeni virus yayır - Alimlərdən pandemiya XƏBƏRDARLIĞI

Alimlər Rusiyada yarasaların yaya biləcəyi yeni bir virusla bağlı xəbərdarlıq ediblər.

Metbuat.az "Sciencealert"a istinadən xəbər verir ki, aşkar edilən yeni koronavirusa qarşı təcili peyvənd hazırlanmalıdır, əks halda daha çox ölümcül olan bu heyvan virusu növbəti pandemiyaya səbəb ola bilər.

Araşdırmalar Rusiyanın Soçi Milli Parkında aparılıb. Qeyd edilib ki, bu yarasa növü əsasən Avropa və Şimali Afrikada yaşayır.

Alimlər deyirlər ki, "Khosta-2" adlanan bu virus ağ ciyərlərə daxil olaraq ölümlə nəticələnə bilir. Bu səbəbdən virus yayılmamış tez bir zamanda vaksin hazırlanmalıdır.

Qeyd edək ki, Rusiyadakı tədqiqatçılar 2020-ci ildə "Khosta-1" virusunu araşdırmışdılar və ölümcül olmadığını söyləmişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR