Azərbaycanda dövlətə məxsus daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda dövlətə məxsus daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Metbuat.az-a nazirlikdən verilən məlumata görə, avtomobillər üçün sifarişlərin çoxluğu hərracı rəqabətli edib.

Belə ki, ilkin satış qiyməti 3 250 manata olan “Subaru Forester” markalı avtomobilə edilən ən son təklif 9 950 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Rusiya istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://clck.ru/32AsZQ )

Növbəti hərraclar 4, 11,18, 25 oktyabr tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 40 kiçik dövlət müəssisə və obyekti, 130 nəqliyyat vasitəsi çıxarılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR