Bakı metrosunda cibgir saxlanılıb

Bakı metrosunda cibgirlik etməkdə şübhəli bilinən Mahir Mirzəyev tutulub.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR