Hikmət Hacıyev ilə Ermənistan Şurasının katibi arasında görüş baş tutub

Azərbaycan prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev və Ermənistan Şurasının katibi Armen Qriqoryan ABŞ-da görüşüblər.

Metbuat.az xəbər verir ki, bu barədə Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan öz Tvitter hesabında məlumat verib.

"Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa konstruktiv danışıqlar üçün qəbul etdim. Biz gərginliyin artmasının qarşısının alınmasının və məhdud zaman kəsiyində məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və möhkəm sülhü dəstəkləmək üçün də konkret addımlar müəyyən etmişik", - paylaşımda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR