Qaradağda Vətən müharibəsinin şəhidləri anılıb - FOTOLAR

28 sentyabr 2020-ci il, 2- ci Qarabağ müharibəsinin Şəhidləri, Korgöz qəsəbəsinin sakini Məmmədquliyev Ağabəy Zaur oğlunun və Lökbatan qəsəbəsinin sakini Əliyev Rövşən İbrahim oğlunun anım mərasimləri keçirilib.

Metbuat.az xəbər verir ki, ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva Şəhidlərin qəbrini ziyarət edib.

Şəhidlərin qəbri üzərinə güllərdən əklil qoyulub, ruhuna dualar oxunub, sonra valideynləri ilə görüşərək başsağlığı veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR