Təcili olaraq Rusiyanı TƏRK EDİN -

Amerika Birləşmiş Ştatların Moskvadakı səfirliyi ABŞ vətəndaşlarını təcili olaraq Rusiya ərazisini tərk etməyə çağırıb.

Metbuat.az səfirliyə istinadən xəbər verir ki, sentyabrın 21-də Rusiya hökuməti vətəndaşlarını silahlı qüvvələrə səfərbər etməyə başlayandan hökümət ABŞ vətəndaşlarının ikili vətəndaşlığını rədd edib onların ölkədən çıxmasına mane ola bilər və hərbi xidmətə çağıra bilər.

"Səfirliyin ABŞ vətəndaşlarına kömək etmək imkanları ilə bağlı ciddi məhdudiyyətləri var. ABŞ vətəndaşlarına xatırladırıq ki, Rusiyada dinc toplaşmaq hüququ və ifadə azadlığı təmin edilmir. Bütün siyasi və ya sosial etirazlardan çəkinin və bu tədbirlərdə təhlükəsizlik işçilərinin şəklini çəkməyin. Rusiya hakimiyyəti nümayişlərdə iştirak edən ABŞ vətəndaşlarını həbs edib", - Səfirliyin yaydığı məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR