Bakıda ata və anadan dəhşətli əməl:

Paytaxtın Bakıxanov qəsəbəsində ata qızının üzünə sulfat turşusu tökərək onu yandırıb.

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, ata İldız İbayev səhər saat 9 radələrində qızı Yeganə Əhmədovanın yaşadığı ünvana gedərək üzünə sulfat turşusu töküb. Yeganənin həyat yoldaşı Elnur Əhmədov bildirib ki, xanımı uşağı bağçaya apararkən həyətin qapısını açanda əskiyə yandırıcı maddə tökərək hazır vəziyyətdə əskini onun onun ağzına sıxıblar. Anası isə əlindəki torba ilə qızını evə aparmaq istəyib. Yeganə müqavimət göstərdikdən sonra onu buraxıblar.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Y.Əhmədovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.

Ətraflı süjetdə:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR