"Hücumu Rusiya deyil, ABŞ təşkil edib" -

Rusiyanın Avropaya ixrac etdiyi “Şimal axını” qaz kəmərlərində təxribatları ABŞ tərəfi təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Polşanın keçmiş xarici işlər və müdafiə naziri Radek Sikorski iddia irəli sürüb. O, təxribatlara görə ABŞ-ın məsuliyyət daşıdığına işarə edərək, ironiyalı şəkildə “Təşəkkürlər ABŞ” paylaşımını edib.

Böyük Britaniya mediası isə yazır ki, boru xəttindəki sızmaya səbəb olan təxribatı Rusiya tərəfi təşkil edib. “The Sun” qəzeti mütəxəssisə istinadən iddia edir ki, boru xətlərinin yaxınlığında partlayışlar baş verib və nəticədə təbii qaz 4 yerdən sızıb. Məlumata görə, Rusiyanın belə sualtı hücumları təşkil edə biləcək ən son texnologiya ilə təchiz olunmuş xüsusi təyinatlı dəstəsi var. Mütəxəssislər iddia edir ki, Rusiya boru kəmərində təxribatlar təşkil etməklə Avropada enerji böhranını daha da gərginləşdirmək istəyir.

ABŞ-ın Avropada gərginliyə yol açmaq istəməsinin məqsədi isə Avropa dövlətlərini Rusiya ilə "barışmaz düşmən"ə çevirmək ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR