Məsciddə sübh namazı vaxtı axund bıçaqlandı -

Lənkəranda axund namaz qılan yerdə bıçaqlanıb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Belə ki, Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib.

İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR